Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı

28-04-2026, 12:33 1 070 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat vəsait ayrılıb.


O cümlədən:


Fövqəladə Hallar Nazirliyinə - 8.876.210,0 (səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat;


Bakı Şəhər İcra Hakimiyyətinə - 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat;


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə - 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat;


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə - 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat;


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə - 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılıb.


Azərbaycanın Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031