Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

20-04-2026, 18:33 1 001 dəfə baxılıb

 

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanında dəyişiklik edilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.


Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031