“Razılığa gələ bilmədik” - Vens

12-04-2026, 10:44 957 dəfə baxılıb

 

“Bir sıra əsaslı müzakirələr aparmışıq. Bu, xoş xəbərdir. Pis xəbər isə odur ki, biz razılığa gələ bilmədik”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İslamabad şəhərində İran və ABŞ arasında keçirilən danışıqlardan sonra deyib.


“Düşünürəm ki, bu, ABŞ üçün pis xəbərdən daha çox İran üçün pis xəbərdir. Beləliklə, biz razılığa gəlməmiş ABŞ-yə qayıdırıq. İranın şərtlərimizi qəbul etməyə hazır olduğu bir vəziyyətə gələ bilmədik. Düşünürəm ki, biz kifayət qədər çevik idik və kifayət qədər güzəştə getdik”, - deyə o bildirib.


Vens ABŞ-nin İranın nüvə silahı əldə etməyə çalışmayacağına dair təsdiq axtardığını vurğulayıb:


“Onların nüvə silahı əldə etməyə çalışmayacaqlarına və nüvə silahına tez bir zamanda nail olmağa imkan verəcək vasitələr axtarmayacaqlarına dair qəti bir öhdəlik görməliyik. Bu, ABŞ prezidentinin əsas məqsədidir və biz bu danışıqlar vasitəsilə buna nail olmağa çalışmışıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031