“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”

4-04-2026, 08:37 944 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana minnətdarlığını bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə dövlət başçısının “X” hesabında paylaşım edilib.


“İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.


Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, - paylaşımda qeyd edilib. 


Qeyd edək ki, Pezeşkian 2 gün öncə İlham Əliyevə zəng edərək Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib. Bundan başqa, o, sosial şəbəkə hesabında da zəng haqda paylaşım edərək bir daha təşəkkürünü ifadə edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031