Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir

10-03-2025, 11:08 160 dəfə baxılıb

 

Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etməsi ilə bağlı Ermənistan qarşısında məsələ qaldırmasından və vasitəçi olmasından məmnun olardı...

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

Onun sözlərinə görə, təşkilat məhkəmə ekspertizası sahəsində böyük iş təcrübəsinə, texniki imkanlara və mütəxəssis heyətinə malikdir, davamlı əməkdaşlıq itkinlərin taleyinin aşkarlanması sahəsində yeni imkanlar açacaq:

"XüsusiləAzərbaycanın mütəxəssis heyətinə təlimlərin keçirilməsi, dəfn yerlərinin axtarışı, qazıntı, ekshumasiya, o cümlədən qalıqların eyniləşdirilməsi sahəsində yeni metodologiyaların və texnologiyaların tətbiqi vacibdir. Ən ciddi çətinlik isə qarışıq sümüklərin eyniləşdirilməsindədir"."Report"  

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930