Bakıda eşidilən dron səsləri müzakirə yaratdı - Video

16-03-2026, 11:02 817 dəfə baxılıb

 

Gecə saatlarında Bakıda dron uçması ilə bağlı məlumatlar yayılıb. Bu, sosial şəbəkələrdə istifadəçilər arasında müzakirələrə səbəb olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, yayılan videolarla bağlı hərbi ekspert Ədalət Verdiyev də paylaşım edib.


O qeyd edib ki, bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana aiddir: “Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur”.


Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi rəsmi məlumat yaymasa da, nazirlikdən Manset.az-ın sorğusuna “Narahatlığa heç bir əsas yoxdur” cavabı verilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031