Prezident albaniyalı həmkarı ilə danışdı

7-03-2026, 16:33 856 dəfə baxılıb

 

Albaniya Prezidenti Bayram Beqay martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Naxçıvana hücumunu qınadığını bildirib.


Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.


Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.


Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031