İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi

7-03-2026, 12:26 841 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra prinsipal mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Peleqriniyə minnətdarlığını bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Prezidentin “X” hesabında bununla bağlı paylaşım edilib.


Paylaşımda deyilir: “Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son PUA hücumlarından sonra nümayiş etdirdiyi prinsipial mövqeyə və həmrəyliyə görə səmimi təşəkkürümü bildirirəm.


Azərbaycanın Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsi ilə bağlı dərhal göstərdiyi dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031