İran Naxçıvanı vurdu - Video

5-03-2026, 12:09 840 dəfə baxılıb

 

Naxçıvan Beynəlxalq Hava Limanının İran tərəfindən dron zərbəsinə məruz qalması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.


“Yenisirvanli.info.az” Musavat.com-a istinadən xəbər verir ki, bəzi istifadəçilər və jurnalistlər Naxçıvan hava limanına raket atıldığını iddia edən paylaşımlar ediblər.


Bu məlumatı paylaşanlardan biri də jurnalist Heydər Oğuz olub. O, sosial şəbəkədə yazdığı paylaşımda İran tərəfindən Naxçıvan hava limanına raket atıldığını və hücumların davam etdiyini iddia edib. Paylaşımda bildirilir ki, indiyədək hava limanı ərazisinə ən azı üç raket zərbəsi endirilib.


Sosial şəbəkələrdə yayılan bəzi fotolarda hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür. Məlumatlara görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb, lakin müəyyən maddi ziyan meydana gəlib.


Eyni zamanda iddia olunur ki, baş verən hadisədən sonra Naxçıvana istiqamətlənən bəzi təyyarələrin geri qayıtması prosesi müşahidə olunub və hava limanında uçuşlarla bağlı məhdudiyyətlər tətbiq edilib.


Digər tərəfdən, bəzi məlumatlara görə İran ərazisindən Türkiyə istiqamətinə də raket atıldığı iddia olunur. Bu xəbərlərdən sonra Türkiyənin rəsmi dairələrinin İrana xəbərdarlıq etdiyi barədə məlumatlar yayılıb.


Lakin Tehran bu iddiaları qəbul etmir. İran tərəfi Türkiyə istiqamətinə raket zərbəsi endirilməsi barədə məlumatların reallığı əks etdirmədiyini bildirir.


Naxçıvanla bağlı isə hələlik heç bir məlumat yayılmayıb.


Hazırda yayılan məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi gözlənilir. Azərbaycan tərəfi isə hadisə ilə bağlı hələlik geniş açıqlama verməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031