Prezident İran səfirliyinə gedib başsağlığı verdi - Fotolar

4-03-2026, 13:23 824 dəfə baxılıb


Azərbaycan Prezidenti İlham Əliyev bu gün İranın ölkəmizdəki səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.


Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.


Sonra dövlət başçısı səfirlə söhbət edib.


Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib.


Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031