Cenevrədə üçtərəfli danışıqların ikinci günü keçirildi - Yenilənib

18-02-2026, 14:20 649 dəfə baxılıb

 

Cenevrədə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci gününə start verilib.


“Yenisirvanli.info.az” “İnterfaks”a istinadən xəbər verir ki, təmaslar dünən olduğu kimi mətbuat üçün qapalı rejimdə keçirilir.


Xatırladaq ki, ötən gün tərəflər arasında danışıqların ilk günü idi. Rusiya nümayəndə heyətindəki mənbənin məlumatına görə, altı saat davam edən görüş çox gərgin keçib. Təmaslar həm ikitərəfli, həm də üçtərəfli formatda olub. 


***


ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb.


Təmaslarda iştirak edən Rusiya nümayəndə heyəti mətbuatın suallarını cavablandırıb. 


“Cenevrədə danışıqlar çətin, lakin işgüzar keçdi”, - nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski danışıqları şərh edərkən bildirib.  


O, təmasların növbəti raundunun yaxın zamanda keçiriləcəyini bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031