“Xahiş edirəm, buna maksimum ciddi yanaşsınlar” - Prezident tapşırıq verdi

15-02-2026, 19:19 627 dəfə baxılıb

 

“Bu gün hökumət üzvlərinin demək olar ki, yarısı məni müşayiət edir. Bu özü də onu göstərir ki, nümayəndə heyətlərinin üzvləri arasında, hamımızın arasında müzakirə ediləcək çoxlu məsələlər var”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiyada Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasındakı çıxışı zamanı deyib.


Prezident serbiyalı həmkarının yaxın zamanda Azərbaycana səfər edəcəyini vurğulayıb:


“Dostum Aleksandarın Azərbaycana bu il tezliklə baş tutacaq səfərindən əvvəl bugünkü səfərin nəticələrini artıq əldə etməliyik. Mən Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm, buna maksimum dərəcədə ciddi yanaşsınlar ki, həmişə olduğu kimi, razılaşdıqlarımızı nisbətən qısa müddət ərzində həyata keçirək.


Aleksandar artıq tərəfdaşlıq sahələrini müəyyən etdi. Gündəliyə və bugünkü iclasımızın gündəliyinə və müvafiq nazirlər tərəfindən təqdimatlara baxsaq görərik ki, gündəlik genişlənir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031