“Sizin liderliyiniz Cənubi Qafqaz regionunda sülhə mühüm töhfələr vermişdir”

11-02-2026, 17:37 565 dəfə baxılıb

 

Niderland Krallığı Senatının sabiq sədri Rene van der Linden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, məktubda deyilir:


“Zati-aliləri, hörmətli cənab Prezident,


Sizin liderliyiniz və yorulmaz səyləriniz Cənubi Qafqaz regionunda sülhə, sabitliyə və barışığa mühüm töhfələr vermişdir.


Buna görə də Siz və Ermənistanın Baş naziri nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmusunuz.


Mən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllini dəstəkləmək üçün əlindən gələni edən bir şəxs kimi, sülh yolunda mühüm səylərinizin və nailiyyətlərinizin yüksək qiymətləndirilməsinə görə Sizi səmimi-qəlbdən təbrik edirəm.


Bu təltifin hər iki ölkənin xalqları üçün regionda mehriban qonşuluq münasibətlərinin qurulması və davamlı inkişaf baxımından bir təşviq olmasını arzulayıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031