İran hərbi təlimlərə başladı

31-01-2026, 16:37 384 dəfə baxılıb

 

İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazı, eləcə də Kəngər və Oman körfəzi sularında genişmiqyaslı hərbi təlimlərə başlayıb.


“Yenisirvanli.info.az” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, iki gün davam edəcək manevrlər bölgədə ABŞ ilə gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir.


İran tərəfi təlimlər zamanı canlı atəş açılacağını bildirərək, boğaz üzərindəki hava məkanının uçuşlar üçün təhlükəli olduğunu elan edib. Fevral ayının sonunda isə Hind okeanının şimalında İran, Çin və Rusiya hərbi dəniz qüvvələrinin iştirakı ilə səkkizinci birgə dəniz təliminin keçiriləcəyi gözlənilir.


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İrana kəskin xəbərdarlıq ünvanlayıb:


“Amerika hərbi gəmiləri üzərində təhlükəli uçuşlar, sürətli katerlərin toqquşma kursuna girməsi və ya silahların ABŞ personalına yönəldilməsi kimi hallara qətiyyən dözüm nümayiş etdirilməyəcək. ABŞ qüvvələrinin, regional tərəfdaşların və ya kommersiya gəmilərinin yaxınlığında istənilən qeyri-peşəkar davranış eskalasiya və destabilizasiya riskini artırır”.


Qeyd edək ki, regiondakı gərginlik Donald Trampın İran sahillərinə doğru nəhəng hərbi donanma göndərməsindən sonra daha da dərinləşib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031