Prezidentin adından yayılan saxta məlumatla bağlı - “Meta”ya çağırış

22-01-2026, 17:32 329 dəfə baxılıb

 

“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.


Bu barədə “Yenisirvanli.info.az”a Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.


Qeyd olunub ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır:


“Son zamanlar oxşar məzmunlu kiberdələduzluq hallarına “Facebook” platformasında tez-tez rast gəlinir. Bununla əlaqədər olaraq “Facebook” platformasının sahibi “Meta” şirkətini zərərli məzmunu aradan qaldırmaq üçün operativ tədbirlər görməyə çağırırıq.


Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031