Dövlət rəsmiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər

20-01-2026, 10:37 300 dəfə baxılıb


Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Təhlükəsizlik Şurası katibi Ramil Usubov, onun müavini Mədət Quliyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, baş nazirin müavini Yaqub Eyyubov 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.


Yenisirvanli.info.az xəbər verir ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub.


Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. 36 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031