İki günə İrandan 1,5 milyard dollar çıxarıblar - Biri də Xameneinin oğludur

15-01-2026, 18:38 245 dəfə baxılıb

 

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyard ABŞ dolları köçürülüb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb.


Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir.


Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon ABŞ dolları məbləğində vəsaiti Dubayda eyni ünvana köçürüb.


Bu prosesin aşağıdakı mexanizm üzrə həyata keçirildiyi bildirilir: İranın neft ixracından əldə olunan vəsait yerli banklarda saxlanılmır, əvəzində birbaşa rəqəmsal valyutaya çevrilir. Daha sonra kriptovalyuta Dubaydakı mübadilə məntəqələrinə ötürülür. Burada isə rəqəmsal valyuta qısa müddətdə nağd pula çevrilir, xarici hesablara köçürülür və ya saxta şirkətlər vasitəsilə böyük məbləğlər şəklində ödənilir.


Qeyd edək ki, İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbindən etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərlərinə yayılıb.


İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) son hesabatında etirazlar zamanı 147-si təhlükəsizlik əməkdaşı olmaqla, ümumilikdə 2 550 nəfərin həyatını itirdiyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031