“İlham Əliyev fiziki cəhətdən güclüdür, daim məşq edir”

5-01-2026, 09:13 160 dəfə baxılıb

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hər gün yoqa ilə məşğul olduğunu bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Tokayev bu barədə “Turkistan” qəzetinə müsahibəsində danışıb. 


Ümumilikdə səhhəti barədə jurnalistin sualını cavablandıran Qazaxıstan lideri sağlamlığına dair şikayətinin olmadığını qeyd edib.


Bununla yanaşı, o, MDB ölkələri arasında kimin fiziki hazırlığına görə fərqləndiyindən danışıb.


Tokayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir: “Sadır Japarov futbol oynayır, Şavkat Mirziyoyev də yaxşı formadadır, məşq edir. Paşinyan velosipedçidir. Lukaşenko isə hələ də hokkey oynayır. Emoməli Rahmon da səhhətindən şikayət etmir”.


Onun sözlərinə görə, bütün həmkarları yaxşı formadadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031