“Düzgün davranmazsa, Madurodan da böyük nəticələrlə üzləşə bilər”

5-01-2026, 09:39 157 dəfə baxılıb

 

“Venesuelanın vitse-prezidenti Delsi Rodrigez düzgün davranmazsa, Madurodan da böyük nəticələrlə üzləşə bilər”.


“Yenisirvanli.info.az” xəbər verir ki bunu ABŞ lideri Donald Tramp nüfuzlu “The Atlantic” jurnalına açıqlamasında deyib.


Tramp eyni zamanda ABŞ-nin Venesuelaya hərbi müdaxiləsini müdafiə edib:


“Əgər belə olmasaydı, vəziyyət daha pisləşərdi. Bu addım rejim dəyişikliyi və yenidənqurma üçün labüd idi”.


Trampın diqqətçəkən açıqlamalarından biri də Qrenlandiya ilə bağlı olub. O, Qrenlandiyanın strateji baxımdan son dərəcə vacib ərazi olduğunu vurğulayaraq, ABŞ-nin milli təhlükəsizliyi və Arktikadakı mövqeləri baxımından bu adanın böyük əhəmiyyət daşıdığını bildirib:


“Qrenlandiya mövzusu sadəcə torpaq məsələsi deyil, qlobal güc balansı ilə bağlıdır. Qrenlandiya bizə lazımdır. Mütləq lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031