“O anları televiziya şousu kimi izlədim”

3-01-2026, 19:14 141 dəfə baxılıb

 

“Venesuelada əməliyyat üçün uyğun hava şəraitini dörd gün gözlədik”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Venesuela əməliyyatından sonra “Fox News”a danışan ABŞ Prezidenti Donald Tramp deyib.


O, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin taleyi ilə bağlı açıqlama verib.


ABŞ lideri əməliyyatın hər anını izlədiyini bildirib:


“Hərbi rəsmilər mənə dedilər ki, yer üzündə belə bir manevr edə biləcək başqa bir ölkə yoxdur. Mən o anları sanki televiziya şousuna baxırmış kimi izlədim”. 


Tramp əməliyyatın vaxtı ilə bağlı da açıqlama verib:


“Bu, təsadüfi hücum deyildi; ən yaxşı hava şəraiti və doğru an üçün dörd gün gözlədik”.


Əməliyyatın uğurunun “böyük əsgərlər və möhtəşəm planlaşdırma” sayəsində olduğunu vurğulayan Tramp Maduronun tutulmasının Venesuela xalqı üçün böyük xoşbəxtlik mənbəyi olduğunu dilə gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031