“Sülhü təkcə Ermənistan hökuməti ilə deyil, xalqı ilə də qururuq”

2-01-2026, 18:44 122 dəfə baxılıb

 

“Tramp administrasiyası sülh gündəliyimizə böyük sadiqlik nümayiş etdirib”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu “The Washington Times”a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.


Onun sözlərinə görə, Azərbaycan və Ermənistan hökumətləri sülhün möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərirlər, lakin ABŞ Konqresinin bəzi üzvləri tamamilə lazımsız qanunverici aktlar irəli sürürlər.


H.Hacıyev həmçinin ABŞ-nin keçmiş lideri Co Bayden və sabiq dövlət katibi Entoni Blinken administrasiyasının Azərbaycan və ABŞ arasında münasibətlərə zərər vurduğunu diqqətə çatdırıb:


“Təəssüflər olsun ki, Bayden və Blinken administrasiyası ilə çox sayda anlaşılmazlıqlar var idi və onlar çox zərər vurublar”. 


Eyni zamanda, Prezidentin köməkçisi Ermənistana neft məhsullarının ixracı, eləcə də həmin ölkəyə taxıl tranzitinə məhdudiyyətlərin aradan qaldırılması məsələsinə toxunub:


“Bu, simvolik təsir bağışlaya bilər, lakin burada simvolizmlə yanaşı çox vacib geosiyasi konnotasiyalar var. Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, Ermənistan xalqı ilə də qururuq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031