Narışkin Prezidenti təbrik etdi

26-12-2025, 12:20 135 dəfə baxılıb

 

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, məktubda deyilir:


“Hörmətli İlham Heydər oğlu.


Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.


Sizə ali dövləti vəzifənizdə bundan sonra da fəal və səmərəli iş, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, həmişə əzizlərinizin və doğmalarınızın sevgisini arzulayıram.


Fürsətdən istifadə edərək, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.


Bu əməkdaşlıq bundan sonra da təhlükəsizliyin və ölkələrimizin milli maraqlarının müdafiəsinin təmin edilməsi, regionda sülhün və sabitliyin qorunub saxlanılmasının etibarlı qarantı olaraq xidmət göstərməyə davam edəcəkdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031