Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək

21-12-2025, 14:47 121 dəfə baxılıb

 

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda keçiriləcək.


Yenisirvanli.info.az  "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.


Qeyd olunub ki, Komissiyanın növbəti iclası dekabrın 22-23-də baş tutacaq.


Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov sədrlik edəcək.


İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.


Komissiyanın iclası ilə yanaşı, Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu da keçiriləcək. Forumun keçirilməsində məqsəd iqtisadi əlaqələrin dərinləşdirilməsi, iş adamlarının bir araya gətirilməsi və ortaq investisiya imkanlarının inkişaf etdirilməsidir.


Eyni zamanda, MÜSİAD çərçivəsində türk və azərbaycanlı iş adamlarının görüşü də nəzərdə tutulur.


Rəsmi məlumatlara görə, Türkiyə uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3.1 milyard dollar, Azərbaycandan idxalı isə 4.8 milyard dollar təşkil edib. Hazırda Türkiyə Azərbaycanın ən çox ixrac etdiyi ikinci, idxal etdiyi isə üçüncü ölkədir.


Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçən ilin mayında Ankara şəhərində keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031