Peskov: "Putin Makronla dialoq aparmağa hazırdır"

21-12-2025, 10:28 141 dəfə baxılıb

 

"Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoq aparmağa hazırdır".


Yenisirvanli.info.az  "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


"Makron Putinlə söhbət etməyə hazır olduğunu dedi. Putin də öz növbəsində Makronla dialoq aparmağa hazır olduğunu bildirdi. Ona görə də, qarşılıqlı siyasi iradə varsa, bunu yalnız müsbət qiymətləndirmək olar", - deyə Peskov qeyd edib.


Xatırladaq ki, dekabrın 19-da Fransa prezidenti Avropa ölkələri üçün Putinlə dialoqu bərpa etməyin faydalı olacağını bildirib. Onun sözlərinə görə, Aİ ölkələri yaxın həftələrdə bunun üçün bir yol tapmalıdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031