Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın yekun sənədi oxunub

5-12-2025, 17:28 128 dəfə baxılıb

 

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfransın yekun sənədi oxunub.


Yenisirvanli.info.az  xəbər verir ki, sənədi Qərbi Azərbaycan İcmasının üzvü, Beynəlxalq Final Universitetinin üzvü Hüseyin Işıksal oxuyub.


O bildirib ki, Ermənistandan didərgin düşmüş şəxslərin qayıdış hüququ, onların irsinin qorunması sülh üçün əhəmiyyətlidir:


"Konfransda Prezident İlham Əliyevin müraciətini dinlədik və bu, müzakirələr istiqamət verdi. Qərbi Azərbaycan İcmasının əvvəlki iki konfransının da nəticələrini nəzərə alaraq qeyd edirik ki, 2025-ci il 8 avqustda ABŞ Prezidentinin şahidliyi ilə razılaşmanı alqışlayırıq. Ermənistandan didərgin düşmüş şəxslərin qayıdış hüququna dəstəyimizi ifadə edirik. Məscidlərin, məzarlıqların və digər tarixi yerlərin qorunması, yenidən dirçəldilməsi, reinteqrasiyası həyati əhəmiyyət kəsb edir. Qayıdacaq azərbaycanlıların reinteqrasiyasına humanitar yardımın və inkişaf proqramının qəbulunun zəruriliyini vurğulayırıq. Ermənistan hökuməti beynəlxalq öhdəliklərə uyğun olaraq didərgin düşmüş vətəndaşların könüllü qayıdışını təmin etməyə, lazımi addımlar atmağa, Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa səsləyirik. Konfransın nəticələri beynəlxalq təşkilatlara, ölkələrə çatdırılacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031