Hikmət Hacıyev: "Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var"

24-11-2025, 12:57 137 dəfə baxılıb

 

"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var".


Yenisirvanli.info.az  "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu ailə güclənir, möhkəmlənir və həmrəylik daha da artır:


"TDT çərçivəsində bizim çoxşaxəli əməkdaşlarımız var. 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmamışdı. Bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılır".


Qeyd edək ki, bu gün Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi baş tutub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031