Bakıda şəhidin ata-anası evdə dəm qazından zəhərlənərək ölüblər

4-03-2025, 10:09 305 dəfə baxılıb

 

Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni - atası Məcnun Ağayev və anası Gülnaz Ağayeva Bakıda yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Report”un xəbərinə görə, bu barədə Vətən müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

O, bildirib ki, hadisə dünən axşam Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Qeyd edək ki, V.Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. 2020-ci ilin sentyabrın 29-da Vətən müharibəsində iştiar etmək üçün cəbhəyə yollanıb. O, Xocavənd, Füzuli, Cəbrayıl  Şuşa uğrunda döyüşlərdə iştirak edib. V.Ağayev 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub, Maştağadakı Şəhidlər xiyabanında dəfn edilib.

O, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

V.Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud olan qardaşı sağ qalıb.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930