Qarakənd faciəsindən 34 il ötür

20-11-2025, 08:55 130 dəfə baxılıb

 

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin 34-cü ildönümüdür.


Oxu.Az xatırladır ki, 1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus "Mi-8" hərbi helikopteri erməni silahlı dəstələri tərəfindən vurulmaqla növbəti terror hadisəsi törədilib.


Qarakənd faciəsindən 34 il ötür

 

Helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.

 

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.


1991-ci il noyabrın 20-də "Mi-8" hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:


- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi;


- İsmət İsmayıl oğlu Qayıbov - baş prokuror;


- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri;


- Zülfi Saleh oğlu Hacıyev - baş nazirin müavini;


- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili;


- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili;


- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri;


- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini;


- İqor Aleksandroviç Plavski - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) prokuroru;


- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi;


- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi;


- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı;


- Sanlal Dasumoviç Serikov - Qazaxıstan daxili işlər nazirinin müavini;


- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru;


- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant;


- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi;


- Alı Mustafa oğlu Mustafayev - telejurnalist;


- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;


- Fəxrəddin İbrahim oğlu Şahbazov - videooperator;


- Vyaçeslav Vladimiroviç Kotov - helikopter heyətinin komandiri;


- Gennadi Vladimiroviç Domov - helikopter heyətinin üzvü;


- Dmitri Borisoviç Yarovenko - helikopter heyətinin üzvü.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031