İlham Əliyev Mahmud Abbası təbrik etdi

15-11-2025, 11:33 128 dəfə baxılıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.


Yenisirvanli.info.az  President.az-a istinadən məktubun mətnini təqdim edir:


"Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.


Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm.


Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik. İnanıram ki, Azərbaycan ilə Fələstin arasında xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcəkdir.


Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031