"Haber Global": Gürcüstanda qəzaya uğrayan "C-130" təyyarəsinin qara qutusu Türkiyəyə gətiriləcək

12-11-2025, 08:18 124 dəfə baxılıb

 

Azərbaycandan Türkiyəyə uçan və Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan "C-130 hərbi" yük təyyarəsinin qara qutusu Türkiyə tərəfindən araşdırılacaq və ABŞ-yə göndərilməyəcək.


Yenisirvanli.info.az  "Haber Global"a istinadən xəbər verir ki, mütəxəssislər təyyarənin qara qutusunun bu gün ərzində tapılacağını proqnozlaşdırırlar.


Həmçinin bildirilib ki, hərbi təyyarələrdə iki qara qutu olur - biri pilotların danışıqlarını qeyd etmək, digəri isə qeyd sistemləri üçün istifadə olunur.


Qeyd edək ki, qəza nəticəsində 20 türk əsgəri həlak olub. Hadisə baş verəndən dərhal sonra bölgəyə axtarış-xilasetmə qrupları və texniki araşdırma qrupları göndərilib.


Daha ətraflı "Haber Global"ın süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031