Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib

10-11-2025, 16:19 113 dəfə baxılıb


Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.


Səfirliyin məlumatında vurğulanır ki, dostluq qrupu 8 Noyabr - Zəfər Günündə Avstraliya Federal Parlamentində rəsmən təsis edilib.


Bildirilir ki, Sağlamlıq, yaşlılar və əlillik üzrə daimi komitənin sədri Mayk Frilender (Əmək Partiyası) və Ticarət və investisiya üzrə birgə daimi komitənin sədr müavini Rik Uilson (Liberal Partiya) parlamentlərarası dostluq qrupunun Avstraliya tərəfdən həmsədrləridirlər.


Qrupa yüksəkvəzifəli rəhbərlər, o cümlədən Senatın sədri Syu Layns, Nümayəndələr Palatasının spikeri Milton Dik və digər parlamentarilər daxildirlər.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031