Şuşa şəhər gününü qeyd edir

8-11-2025, 08:28 130 dəfə baxılıb

 

Noyabrın 8-i Azərbaycanda Şuşa Şəhəri Günü qeyd olunur.


Oxu.Az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.


Şəhər 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 43-cü günündə, noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən düşmən tapdağından azad olunub.


Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

 


Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb.


2020-ci il noyabrın 7-də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olublar. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən "İskəndər" ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.


2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı keçirilib.

 


"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Şuşaya ilk köç 2024-cü il mayın 10-da baş tutub.

 

Şuşa şəhər gününü qeyd edir.

 

Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı 2024-cü ilin oktyabrın 21-də təsdiqlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031