Yüksək vəzifəyə təyin edilən Şahin Babayev kimdir?

3-03-2025, 18:00 269 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

YeniSirvanli.İnfo.Az bildirir ki, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan 1988-ci il təvəllüdlü Şahin Babayev Azərbaycan Dövlət İqtisad Universitetinin 2010-cu il məzunudur.

O, 2011-ci ildən Sumqayıt Texnologiyalar Parkında çalışıb. 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyən Şahin Babayev 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

2024-cü ildə Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən gənc məmur Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

YeniSirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930