Nikol Paşinyan: "İlham Əliyevin qərarı çox pozitivdir"

22-10-2025, 14:27 144 dəfə baxılıb

 

Baş nazir Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu bildirib.


Yenisirvanli.info.az  "Report"a istinadən xəbər verir ki, o, bu qərarın regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib: "Bu sülh region üçün çox vacibdir".


Baş nazir həmçinin qeyd edib ki, forum region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır və bu platformanın sayəsində Ermənistanın Azərbaycanla sülhə daha da yaxınlaşıb.


N.Paşinyan bəyan edib ki, V Tbilisi İpək Yolu Forumu region ölkələrini birləşdirən vacib təşəbbüsdür və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edir:


"Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən sülh yolu açılacaq".


Baş nazir vurğulayıb ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir:


"Regiondakı kommunikasiyaların, yolların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahı möhkəmləndirəcək. Əlaqələrin qurulması və əməkdaşlığın genişlənməsi region ölkələrinə daha çox imkanlar, inkişaf və firavanlıq gətirəcək. Bu, Cənubi Qafqazda sülhü daha da möhkəmləndirəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031