Rusiya ilə yeni müqavilələr bağlamayacaqlar

14-10-2025, 09:23 132 dəfə baxılıb

 

Avropa İttifaqının (Aİ) enerji nazirləri Rusiyadan neft və qaz idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan təklifi dəstəkləyiblər.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.


Yeni plana əsasən, Rusiya qazı üzrə yeni müqavilələr 2026-cı ilin yanvarından etibarən bağlanmayacaq. Qısamüddətli müqavilələr 2026-cı ilin iyununda, uzunmüddətli müqavilələr isə 2028-ci ilin yanvarında tamamilə ləğv ediləcək.

Ətraflı


Qanun hələ qüvvəyə minməyib. Yekun qərar Aİ ölkələri ilə Avropa Parlamenti arasında razılaşdırıldıqdan sonra veriləcək. Parlamentin məsələ ilə bağlı mövqeyi isə hələ müzakirə mərhələsindədir.


Hazırda Aİ-nin qaz tədarükünün 12 faizi Rusiyanın payına düşür. Müharibəyə qədər bu göstərici 45 faiz idi. İndiyədək Rusiyadan qaz alan ölkələr arasında Macarıstan, Fransa və Belçika da yer alır.


Bununla yanaşı, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Yeni təklifə əsasən, mayeləşdirilmiş təbii qazın (LNG) idxalı 2027-ci ilin yanvarından qadağan edilə bilər.


Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın sözlərinə görə, sanksiyalar paketi bu həftə təsdiqlənə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031