“Baku Steel Company” QSC-yə cərimə protokolu yazıldı – SƏBƏB

3-03-2025, 10:10 207 dəfə baxılıb

 

“Baku Steel Company” ilə bağlı cərimə protokolu imzalanıb. Şirkətin İnzibati Xətalar Məcəlləsini pozduğu məlum olub.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Baku Steel Company” İXM-nin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydalari əleyhinə olan 462.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“Baku Steel Company” ilə bağlı işə 4 mart tarixində Nərimanov rayon Məhkəməsində baxılacaq. İş hakim Gültəkin Əsədovanın icraatındadır.

Qeyd edək ki, “Baku Steel Company” QSC Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavod rəsmi olaraq 2001-ci ildən fəaliyyətə başlayıb. Şirkətin hazırda Baş Direktoru Kamal İbrahimovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930