Zəngilan şəhərinin işğaldan azad edilməsindən beş il ötür

20-10-2025, 08:40 114 dəfə baxılıb


Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən beş il ötür.


Yenisirvanli.info.az xatırladır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır - bir neçə ərazimiz işğaldan azad edilir.


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün "X" səhifəsində xalqımızın torpaq itkisi kədərini azadlıq sevinci ilə əvəzləyən xəbəri verir. Ölkə başçısı ardıcıl paylaşımlar edərək dörd rayonun kəndlərinin, eləcə də Zəngilan şəhərinin işğaldan azad olunduğunun müjdəsini bir daha xalqla bölüşür:


"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"


 

Təbii ki, Zəngilanın azad edilməsi şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. Rayonun işğaldan azad olunması həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır.


Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən 20 oktyabr - Zəngilan şəhər günü kimi qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031