Azərbaycan müdafiə naziri ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb

18-10-2025, 18:24 147 dəfə baxılıb


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.


Əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.


Qonaqları salamlayan müdafiə naziri onlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan uğurlu islahatlardan danışıb.


General-polkovnik Z.Həsənov ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən və mövcud əlaqələrdən məmnunluq ifadə edib.


Admiral B.Kuper isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin əlaqələrimizin daha da güclənməsinə faydalarını vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirən qonaq əməkdaşlığımızın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.


Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031