Bu ölkələr Qəzzaya sabitlik qüvvələri göndərə bilər - Biri Azərbaycandır

16-10-2025, 10:24 121 dəfə baxılıb

 

Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsinə və keçmiş müdafiə rəsmisinə istinadən “Politico” yayıb.


Bildirilib ki, sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr Azərbaycan, İndoneziya və Pakistandır.


Məlumata görə, hazırda sabitlik qüvvələrinin tərkibi ilə bağlı danışıqlar davam etdirilsə də, heç bir ölkə üzərinə hər hansı öhdəlik götürməyib. Bununla belə, Azərbaycan, İndoneziya və Pakistanın məsələyə ən çox maraq göstərən ölkələr olduğu vurğulanıb.


Nəşr yazır ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhün bərqərar olmasına dair 20 maddəlik sülh planında bildirilir ki, bu ölkə müvəqqəti sabitlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı ərəb və digər tərəfdaşlarla əməkdaşlıq edəcək. Həmin qüvvələr isə Fələstinin polis dəstələrinə təlim keçəcək.


Ümumilikdə bu qüvvələrin yerləşdirilməsi üçün aylar tələb olunacağı qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031