İlqar İsbatov: "Hazırda 50 mindən artıq əhali Qarabağda yaşayır, işləyir, təhsil alır"

14-10-2025, 12:39 65 dəfə baxılıb

 

"İşğaldan azad olunmuş ərazilərdə böyük tikinti-quraşdırma işləri həyata keçirilir. Altısı şəhər olmaqla 28 yaşayış məntəqəsinə artıq məcburi köçkünlərin bir hissəsi geri qayıdıb".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov 30-cu Xəzər İnşaat Həftəsində bildirib.


"Hazırda 50 mindən artıq əhali Qarabağda yaşayır, işləyir, təhsil alır. Azad edilmiş ərazilərimizdə mülki və yaşayış binaları ilə yanaşı, infrastruktur obyektləri, yollar, tunellər, körpülər tikilir, mədəniyyət abidələri bərpa edilir", - o qeyd edib.


İ.İsbatov vurğulayıb ki, azad edilmiş ərazilərdə işlərin əksəriyyəti və əhəmiyyətli hissəsi məhz Azərbaycan inşaatçılarının, mühəndislərinin əməyi, zəhməti ilə həyata keçirilir:


"Eyni zamanda, orada istifadə olunan texnoloji avadanlıqların əhəmiyyətli hissəsi Azərbaycanda istehsal olunur.


Bundan əlavə, işğaldan azad olunmuş ərazilər "yaşıl zona" elan edilib. Burada görülən işlər məhz bu çərçivədə aparılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031