Qurbanxan Dəmirov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etdi

1-10-2025, 13:42 199 dəfə baxılıb


 Yenisirvanli.info.az saytının rəhbəri, qatı Heydərçi Qurbanxan Dəmirov Azərbaycan prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü və Prokurorluq işçilərinin peşə bayramı münasibətilə bütün prokurorluq əməkdaşlarını ürəkdən təbrik edirəm.

Bu münasibətlə ilk növbədə Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev və Şirvan şəhər prokuroru cənab Kamal Talıbov başda olmaqla ölkəmizin bütün prokurorluq işçilərini səmimi qəlbdən təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Prokurorluq orqanları dövlətçiliyimizin möhkəmlənməsi, ədalətin bərqərar olması, qanunun aliliyinin təmin edilməsində müstəsna xidmətlər göstərir.

Ulu öndər Heydər Əliyev hər zaman qanunun aliliyinin qorunmasını, ədalətin təmin edilməsini dövlət quruculuğunun əsas prinsiplərindən biri kimi dəyərləndirirdi. Onun sözləri ilə desək: “Hər bir dövlətin, hər bir cəmiyyətin gücü onun qanunlarının işləməsində, ədalətin bərqərar olmasındadır.” Bu gün də Azərbaycan prokurorluğu həmin dəyərlərə sadiq qalaraq Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan vəzifələrin icrasında əzmlə çalışır.

Bu əlamətdar gün münasibətilə bütün prokurorluq işçilərinə möhkəm can sağlığı, uzun ömür, fəaliyyətlərində uğurlar arzu edirəm.

Qurbanxan Dəmirov
Yenisirvanli.info.az saytının rəhbəri

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031