Əməkdar artist Cabir İmanov qəfil vəfat etdi - TƏBİB-dən AÇIQLAMA

29-09-2025, 18:20 156 dəfə baxılıb

 

Mərkəzinə çağırış daxil olub:


"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb".


Məhərrəm Əliyev


14:53


Əməkdar artist Cabir İmanovun Bakıdakı idman zalında vəfat etməsi ilə bağlı bəzi təfərrüat məlum olub.


Yenisirvanli.info.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.


Görüntülərdən məlum olur ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.


C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.


14:19


Əməkdar artist Cabir İmanov vəfat edib.


Yenisirvanli.info.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən idman zalında infarkt keçirib.


Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031