Azərbaycanda böyük dəyişiklik: Bu sistem ləğv edilir, Türkiyə modeli tətbiq OLUNACAQ

11-09-2025, 19:19 93 dəfə baxılıb

 

Azərbaycanda noyabr ayında referendum keçirilməsi ehtimalı gündəmdədir. Məsələ son günlər yerli mediada, həmçinin ekspert çevrələrində geniş müzakirə olunur. İddialara görə, seçki məntəqələrinin fəaliyyətindən tutmuş hüquqi-siyasi mexanizmlərə qədər bir sıra məsələlər gündəlikdədir. Ehtimal edilən referendumun ölkənin daxili siyasi həyatına, dövlət idarəçiliyi modelinə və gələcək islahatlara təsir edəcəyini bildirirlər. Yeni dəyişiklikdə icra hakimiyyətlərinin ləğv edilməsi, əvəzində bələdiyyə sisteminin gücləndirilməsi, böyük şəhər bələdiyyələrin yaradılması, iqtisadi rayonlara uyğun prezident nümayəndəliyinin təsis edilməsi gözlənilir. Əgər bu baş verərsə, Azərbaycan regional idarəetmənin Türkiyə modelinə keçə bilər.


Bu məsələnin realaşması mümkündürmü?


Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Yenisirvanli.info.az -a açıqlamasında ölkənin qarşısında yeni mərhələlər açılırsa, bu mərhələyə uyğun islahatların da həyata keçirilməsinin vacib olduğunu bildirib:


"Mövcud inzibati bölgü həm əlavə xərclərə səbəb olur, həm də idarəetmədə səmərəliliyi azaldır. Azərbaycanda artıq yeni bir mərhələnin qapısını açmışıqsa, yeni mərhələyə dəyişikliklərlə girməliyik. Bu inzibati ərazi vahidinə də aiddir. Azərbaycanda bu qədər kiçik rayonların olmasına ehtiyac yoxdur. Bu, əlavə xərclərə gətirib çıxarır".


Natiq Cəfərli hesab edir ki, Prezidentin yaratdığı 14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi daha səmərəli idarəetmə modelinə imkan yarada bilər:



"İcra hakimiyyətlərinin ləğv olunması, həmin 14 iqtisadi rayona Prezidentin şəxsi nümayəndəlik institutunun tətbiqi vacibdir. Bu model Qarabağda və Şərqi Zəngəzurda artıq uğurlu nəticələr verir. Həmin təcrübənin bütün ölkəyə şamil edilməsinə ehtiyac var".


İqtisadçı əlavə edib ki, gələcəkdə Konstitusiyaya dəyişikliklər paketi yalnız inzibati bölgünü deyil, iqtisadi idarəetməni də əhatə etməlidir:


"İqtisadi məsələlərlə bağlı ayrıca bir blok yaradılmalıdır. Ölkədə daha kiçik və effektiv hökumət modelinə keçidlə bağlı Konstitusiyaya dəyişiklik edilməlidir."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031