Abşeronda qəza: Yük maşını yaşayış evinin divarına çırpıldı

28-02-2025, 10:37 206 dəfə baxılıb

 

Abşeron rayonunun Məmmədli qəsəbəsində yük maşını yaşayış evinin divarına çırpılıb...


Hadisə qəsəbənin Hüseyn Rəhmanov küçəsində qeydə alınıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məsələ ilə bağlı sorğunu cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev faktı təsdiqləyib.

"Yol-nəqliyyat hadisəsi fevralın 28-i saat 6:30 da baş verib. Belə ki, 77-SQ-516 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Teymur Ruslan oğlu Rzazadə yerin sürüşkən olması səbəbindən sərt döngədə idarəetməni itirib və qarşıdan gələn avtobusla toqquşmamaq üçün sükanı çevirib. Nəticədə nəqliyyat vasitəsi yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində sürücü ayağından yüngül dərəcədə xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır", - deyə açıqlamasında bildirilir.(oxu.az)

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031