“Kapital Bank” güzəştləri azaltdı, komissiyanı artırdı – Bu qədər faiz tutulacaq

13-08-2025, 09:58 766 dəfə baxılıb

 

“Kapital Bank” ASC (Birbank) sentyabrın 11-dən etibarən köçürmə limitləri və komissiyalarla bağlı şərtlərini dəyişir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Bankdan müştərilərinə xəbərdarlıq mesajı gedib.

Məlumatda deyilir ki, ay ərzində bütün “Birbank” kartlarınızdan ümumi şəxsi vəsait üzrə banka məxsus bankomatlardan nağdlaşdırma və digər yerli bank kartlarına köçürmə limiti 3 000 manat ekvivalenti olacaq. Bu isə həmin məbləğin 2 000 manat yaxud 40% azaldılması deməkdir.

Qeyd edək ki, bu limit çərçivəsində bankomatlardan nağdlaşdırma və ya yerli bank kartlarına köçürmə pulsuzdur.

Eyni zamanda təyin edilmiş 3 000 min manatlıq limiti keçildiyi halda, bu əməliyyatlar üçün komissiya 0,5%-dən 1%-ə artırılıb (minimum 1 AZN/USD/EUR).

Ölkədaxili digər bankomatlardan nağdlaşdırma komissiyası da dəyişir.

Belə ki, əvvəl sabit 2 manat idi, indi isə 1% (minimum 2 AZN/USD/EUR) olacaq.  “PostMedia”  


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031