Baş redaktor Teymur Musayevə səsləndi: “Bu biganəliyi durdurun”..
YeniŞirvanlı.İnfo.Az saytının baş redaktoru, qatı Heydərçi Qurbanxan Abdulhəsən oğlu Dəmirov Səhiyyə naziri Teymur Musayevə haqlı iradını bildirib.
O, qarşılaşdığı laqeydliklə bağlı nazirdən məsələyə münasibət bildirilməsini xahiş edib.
Baş redaktor bildirib ki, 27 fevral tarixində saat 15.00 radələrində arterial təzyiqinin yüksək olması üzündən qəflətən halı pisləşıb və O qeydiyyat üzrə Yasamal rayon Təcili Tibbi Yardım Stansiyasının “103 - Çağrı Mərkəzi”nə zəng edərək həkim müdaxiləsinə ehtiyacı olduğunu bildirib.
Lakin həkim heyəti vətəndaşın çağırışına vaxtında gəlmədiyi üçün onun halı getdikcə pisləşib.Hətta ailə üzvləri arasında panik narahatlıq yaranıb.
Məsələdən 45 dəqiqə sonra Təcili Yardım ünvana yetişərək baş redaktora lazımi tibbi xidmət göstərməyə müvəffəq olub.
Sonda efir vasitəsiylə Səhiyyə Nazirliyinə müraciət edən baş redaktor, gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi tədbirlərin görülməsini, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəhbərliyinə səslənərək vətəndaşlara obyektiv münasibət göstərilməsini, çağırış zamanı operativlik və punktuallıq kimi zəruri addımların atılmasını tövsiyyə edib.
Xatırladaq ki, 67 yaşlı baş redaktor-gözdən əlil sahibkar Qurbanxan Dəmirov regionda ictimai fəal kimi tanınır.
Yenisirvanli.İnfo.Az