Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq

4-08-2025, 10:10 2 169 dəfə baxılıb

 

Azərbaycan Elm və Təhsil Nazirliyi daha bir tenderə yekun vurub.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınmasını həyata keçirəcək.

Açıq mənbələrdə qeyd edilir ki, bu dəfə də nazirlik “VEST-LTD” QSC ilə anlaşma əldə edib. Belə ki, tərəflər arasında işlərin icrasını başa çatdırmaq üçün 4 milyon 474 min 915 min manatlıq müqavilə imzalanıb.

Xatırladaq ki, bu ilin 30 iyulunda da sözügedən şirkət Təhsil Nazirliyinin tenderinin qalibi olmuşdu. Məktəbəqədər təhsil müəssisələrinə digər malların alınması xərc maddəsi üzrə malların satınalınması ilə bağlı “VEST-LTD” QSC-yə  1 milyon 705 min 870 manat pul ayrılıb.

Bildirək ki, bu ilin əvvəlinə olan məlumata görə, “VEST-LTD” QSC-nin dövlətə külli miqdarda vergi borcu olub. 12 milyon manatlıq vergi borcu olan şirkətin tenderə qatılması qanunla qadağan edilmiş haldır. Lakin Elm və Təhsil Nazirliyi hansısa səbəbdən bunu görməzdən gəlib.

Üstəlik, tenderin keçirilməsinə nəzarət edən orqan kimi Anti İnhisar və İstehalak Bazarına Nəzarət Dövlət Xidməti də məsələyə hansı səbəbdən göz yumub, bəlli deyil.

Xatırladaq ki, nizamnamə kapitalı 2050 manat olan “VEST-LTD” QSC-nin qanuni təmsilçisi Şahin Verdəliyev Əlimərdan oğludur.

Tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Tia.az



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031