Astarada Təcili Yardım maşınları üçün ayrılan vəsait mənimsənilir - Qatı Heydərçidən ölkə Prezidentinə ÇAĞIRIŞ

1-08-2025, 16:24 1 699 dəfə baxılıb

 

 Bir müddət öncə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"-nin  Astara rayon Təcili və Təxirəsalınmaz Tibbi   Yardım stansiyasında hökm sürən neqativ hallarla bağlı “YeniSirvanli.İnfo.Az” redaksiyasına məlumatlar daxil   olub.

 Daxil olan məlumatda bildirilir ki, adıçəkilən tibbi yardım stansiyanda fəaliyyət göstərən təcili yardım maşınlarına yanacaqla birgə nəzərdə tutulmuş qaydada  mühərrik yağları, şinlər və digər təchizat predmetləri verilmir.

Tələb olunan vasitələri isə sürücülər öz vəsaitləri hesabına təmin edirlər.

 Bununla bağlı TƏBİB-ə  rəsmi sorğu ünvanlandığını bəyan edən baş redaktor, TƏBİB-nin xanım əməkdaşı tərəfindən ona zəng edilərək (012 493 04 95 nömrəsindən) faktın doğruluğunun təsdiqləndiyi və məsələlyə bağlı rəhbərliyə məruzə ediləcəyi bildirilib.

 Baxmayaraq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarına əsasən dövlət tibb müəssisələrində avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə dövlət büdcəsindən təşkilatların balansında olan avtonəqliyyat vasitələri üçün hesablanmış yanacaq tələbatının dəyəri həcmində yanacaq və eləcə də sürtgü materialları,mühərrik yağları və s. ilə təmin olunmalıdırlar.

Baş redaktor eləcə də bildirir ki, məsələdən bir həftə keçməsinə baxmayaraq TƏBİB rəsmiləri tərəfindən sadalanan nöqsanlarla bağlı heç bir əməli tədbir görülməyib  və qanunsuz tendensiya bugünədək davam etməkdədir.

Sonda xüsusi narahatlığını ifadə edərək efir vasitəsilə ölkə Prezidentinə, Baş prokurorluğa  və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə səslənən Qatı Heydərçi Qurbanxan Dəmirov, məsələni dövlət orqanlarının diqqətinə yönəldərək Astara rayon və Təxirəsalınmaz Tibbi Yardım stansiyasında ciddi araşdırılmalar aparılmasının zəruriliyi vurğulayıb.

 

 

YeniSirvanli.İnfo.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031