İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib: EMİN ƏMRULLAYEVƏ ÇƏTİN SUAL?

28-07-2025, 11:07 705 dəfə baxılıb

 

AnXeber.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Arifə Əliyeva məlumat verib: "Müşahidələr göstərir ki, qadın məmurlar etimadı doğrulda bilmirlər. Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Maliyyə və Elm və Təhsil Nazirliyi birgə məlumat yayıb. Bu yeyinti tabeliyində olan 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.

Hələ bir zamanlar mən "reportyor.info”-da İlamə Abdullayevanın övladına dəbdəbəli toy etməsini yazmışdım.Həmin zaman toy Bakının ən elit şadlıq saraylarından biri olan "Elite Event Hall”da baş tutmuşdu.

Hələ, idarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı da məlumatlar sırasında idi.
Bundan başqa mənim yaşadığım Xırdalan şəhəri "Kristal -1" yaşayış kompleksində İlhamə Abdullayevanın şəxsi gözəllil salonu fəaliyyət göstərir.
Özünü bir neçə dəfə ora xidmətu avtomibili ilə gələndə görmüşəm.

Bəs, İlamə Abdullayevanın bu qədər şişməsini Elm və Təhsil Nazırliyi görmürdü?

Bütün qohumlarını Təhsil sektorunda vəzifəyə təyin etməsini Təhsil Naziri Emin Əmrullayev görmürdü?

Yoxsa, şöbə müdrəsinin arxasında duran "Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun verdiyi "pullar”gözlərini bağlaylrdı?

Məlumatlara görə, Xəlil Göyüşov İlhamə Abdullayevanın dayısıdır. Onun qardaşı Qədim Göyüşovun da Abşeron-Xızı Regional Təhsil İdarəsində məsləhətçi işlədiyi bildirilir.
Hələlik bu qədər…"Anxeber.az
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031