Generalların saxlanıldığı həbsxanaya yeni rəis TƏYİNATI

22-07-2025, 10:58 900 dəfə baxılıb

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.
Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılır. Onların arasında generallar-Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə general rütbəsindən məhrum edilmiş Mövlam Şıxəliyev, həmçinin keçmiş baş prokuror Eldar Həsənov və İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev də var.
 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031